Dünya Bankı: “Regionda ən potensiallı şəhərlər Bakı və Sumqayıtdır”

Dünya Bankı: “Regionda ən potensiallı şəhərlər Bakı və Sumqayıtdır” “Azərbaycanda Bakı və digər şəhərlərdə əhalinin içməli su və istiliklə təchizatı universal həddə yaxın olsa da, kənd yerlərində bu rəqəmlər aşağıdır. Kənd yerlərində əhalinin içməli su ilə təchizatı 76%, qaz təchizatı isə 82%-dir”.
İnfrastruktur
10 May , 2019 16:17

“Azərbaycanda Bakı və digər şəhərlərdə əhalinin içməli su və istiliklə təchizatı universal həddə yaxın olsa da, kənd yerlərində bu rəqəmlər aşağıdır. Kənd yerlərində əhalinin içməli su ilə təchizatı 76%, qaz təchizatı isə 82%-dir”. 

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının hazırladığı “South Caucasus in Motion” hesabatında deyilir.

Hesabata görə, ən yüksək təchizat Bakı və Abşeron ərazisində, ən aşağı təchizat isə Aran, Dağlıq – Şirvan, Gəncə və Quba regionlarındadır:

“Neft və qaz sektoru Azərbaycanın ümumi ÜDM-nin, təxminən, 30%-ni təşkil edir. Həmçinin məşğulluqla bağlı durum da sabitdir. Belə ki, işləyən əhalinin 40%-ə qədəri kənd təsərrüfatı sektorunda işləsə də, onlar ümumi ÜDM-in cəmi 5%-ni təşkil ediblər. Struktur dəyişikliklərinin olmaması iqtisadiyyatın yüksək kapital investisiyalarından asılı olmasının tipik göstəricisidir. Tikinti sektoru artdıqca aşağı işçi qüvvəsi olan neft sektoru kənd və şəhər əraziləri arasındakı boşluğu daha aydın izah edir”.

Dünya Bankı ekspertləri hesab edir ki, Sumqayıt regionda olan digər şəhərlərdən daha çox potensiala malikdir:

“Cənubi Qafqaz şəhərləri arasında potensialına görə ən yüksək göstəriciləri olan şəhər Bakıdır. Regionda paytaxt olmayan şəhərlər arasında isə ən yüksək göstərici Sumqayıta məxsusdur. Bu rəqəm 25 civarındadır”.

Son xəbərlər

Orphus sistemi