​Bakıda yollara Avropa Oyunlarının loqotipi çəkiləcək

​Bakıda yollara Avropa Oyunlarının loqotipi çəkiləcək Əsas yol şəbəkəsində "Oyunlar zolağı" ayrıca işarələnəcək
İnfrastruktur
27 Aprel , 2015 13:27
​Bakıda yollara Avropa Oyunlarının loqotipi çəkiləcək

Bakı. 27 aprel. REPORT.AZ/ Bakıda I Avropa Oyunları ərəfəsində əsas yol şəbəkəsində yol nişanlarının, göstərici lövhələrin quraşdırılması və xətləmə işləri həyata keçirilir. İdmançıların, yüksək səviyyəli qonaqların, texniki heyətin, media nümayəndələrinin və s. qonaqların hərəkət edəcəyi yol şəbəkəsi boyu Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin gücü ilə bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama xətlərinin çəkilməsi işi aparılır.

Qeyd edək ki, əsas yol şəbəkəsində eni 3,75 metr olan “Oyunlar zolağı” ayrıca işarələnəcək, hərəkət zolağının kənarlarında 25 sm enində sarı xətt çəkiləcək, asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkiləcək.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət ediləcək və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılacaq.

Son xəbərlər

Orphus sistemi