Bakı-Böyük Kəsik dəmir yolunun Qarasu stansiyasının təmirinə başlanılıb

Bakı-Böyük Kəsik dəmir yolunun Qarasu stansiyasının təmirinə başlanılıb Təmir işləri sabah başa çatacaq
İnfrastruktur
22 İyun , 2016 10:21
Bakı-Böyük Kəsik dəmir yolunun Qarasu stansiyasının təmirinə başlanılıb

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, bu gün Qarasu stansiyasında 1 100 metr uzunluğunda baş yolun əsaslı təmirinə start verilib. Artıq köhnə yolun söküntüsünə başlanılıb.

Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Təmir işləri sabah başa çatacaq.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkəti arasında “Azərbaycan Respublikası dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına ötən ilin oktyabrın sonunda başlanılıb və bu günə kimi 115 km-dən artıq dəmir yolu əsaslı təmir olunub. 

Son xəbərlər

Orphus sistemi