"Azəryolservis": Təcrübəsiz sürücülər Ağsu dolaylarından istifadə etməsinlər

"Azəryolservis": Təcrübəsiz sürücülər Ağsu dolaylarından istifadə etməsinlər Yol təsərrüfat idarəsi sürücülərə xəbərdarlıq edib
İnfrastruktur
26 Yanvar , 2016 11:53
Azəryolservis: Təcrübəsiz sürücülər Ağsu dolaylarından istifadə etməsinlər

Bakı. 26 yanvar. REPORT.AZ/ Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu dolayları adlanan hissəsində nəqliyyat vasitələrinin hərəkətində problem müşahidə edilmir. Bunu "Report"a "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

A.Nəcəfli deyib ki, qurumun rayon üzrə Yol İstismar İdarələrinin əməkdaşları texnika vasitəsilə, həmçinin qreyder, duzsəpən və yük maşınlarının köməyi ilə dolaylarda yolun təmizləməsini həyata keçirir.

Lakin A.Nəcəfli səriştəsiz və təcrübəsiz sürücülərə həmin dolaylardan istifadə etməməyi məsləhət görüb: "Avtomobillərini qışa hazırlamayan, həmçinin zərurət olmazsa, təcrübəsi olmayan sürücülərə həmin ərazidən hərəkət etməyi məsləhət görmürük. Buna baxmayaraq, hazırda maşınlar ərazidə sərbəst hərəkət edir".

Son xəbərlər

Orphus sistemi