Bakı. 17 iyun. REPORT.AZ/ Cari ilin yanvar-may ayları ərzində Azərbaycana 15 495 ədəd avtomobil idxal olunub. Beləliklə, avtomobil idxalında illik təxminən iki dəfə azalma müşahidə olunub.
"Report"un
Bu müddətdə yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 2 765 ədəddən 952-dək azalıb, sürücü də daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri isə əksinə, 151-dən 497 ədədə yüksəlib.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə avtomobil idxalı 30 576 ədəd təşkil edib və bunun 27 444 ədədi əsasən adamların daşınması üçün nəzərədə tutulmuş minik avtomobilləri və motorlu nəqliyyat vasitələri olub.