AZAL Fransa şirkəti ilə müqaviləsini yeniləyib

AZAL Fransa şirkəti ilə müqaviləsini yeniləyib Razılığa görə, “Aviareps” bundan sonra da AZAL-ın 11 ölkədə satış və marketinq siyasətini həyata keçirəcək
İnfrastruktur
19 Sentyabr , 2016 10:37
AZAL Fransa şirkəti ilə müqaviləsini yeniləyib

Bakı. 19 sentyabr. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə Fransanın “Aviareps” şirkəti arasında yeni müqavilə imzalanıb. Bu barədə “Report” Fransa mediasına istinadən xəbər verir. 

Müqavilənin şərtlərinə görə, AZAL Fransa bazarında “Aviareps”lə əməkdaşlığını davam etdirəcək. 

Həmçinin tərəflər 11 ölkədə - Çin, Çexiya, Danimarka, Almaniya, Malayziya, Niderland, Norveç, İspaniya, İsveç, Türkiyə və Böyük Britaniyada əməkdaşlığı genişləndirməklə bağlı razılıq əldə ediblər. Razılığa əsasən, “Aviareps” bundan sonra da AZAL-ın bu ölkələrdə satış və marketinq siyasətini həyata keçirəcək. 

Son xəbərlər

Orphus sistemi