AZAL Bakı-Kazan aviareysində xüsusi yerlər ayıracaq

AZAL Bakı-Kazan aviareysində xüsusi yerlər ayıracaq Bununla bağlı Azərbaycan aviadaşıyıcısı Rusiyanın "Tour A Vent" şirkəti ilə müqavilə imzalayıb
İnfrastruktur
7 Aprel , 2016 15:58
AZAL Bakı-Kazan aviareysində xüsusi yerlər ayıracaq

Bakı. 7 aprel. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) Bakıda keçirilən AITF-2016 turizm sərgisi çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada rəsmi turizm nümayəndəliyi olan "Tour A Vent" şirkəti ilə uzunmüddətli əməkdaşlıq barədə razılıq əldə edib. Bu barədə AZAL-dan "Report"a daxil olan məlumatda bildilir.

Müqaviləyə əsasən, turizm şirkətinə AZAL aviaşirkəti tərəfindən yerinə yetirilən Bakı-Kazan-Bakı müntəzəm reysində yer bloku ayrılacaq.

Bundan əlavə, aviaşirkət və turizm şirkəti Ulyanovsk hava limanından Bakıya çarter reyslərin yerinə yetirilməsini razılaşdırıb. Reyslər "Embraer" və ya "Airbus" hava gəmiləri ilə yerinə yetiriləcək.

"Mən çox şadam ki, bizim Rusiya regionlarındakı danışıqlarımız konkret nəticə verməyə başlayıb. AZAL aviaşirkəti Azərbaycana turistlərin cəlb edilməsi üçün xarici turizm şirkətlərinə yaxşı şərtlər təqdim etməyə hazırdır", - deyə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev bildirib.

"Şirkətimizin əsas məqsədi Azərbaycan turizmini təbliğ və təşviq etməkdir. “Azərbaycan Hava Yolları” Rusiyanın müxtəlif regionlarına bir çox müntəzəm uçuşlar yerinə yetirir və mən əminəm ki, sıx əməkdaşlığımız uzunmüddətli xarakter daşıyacaq", -  deyə "Tour A Vent" şirkətinin Volqayanı filialının baş direktoru Yuliya Uba qeyd edib.

Son xəbərlər

Orphus sistemi