​"Apple" 2020-ci ilədək avtomobil istehsalına başlaya bilər

​"Apple" 2020-ci ilədək avtomobil istehsalına başlaya bilər Şirkət bazarın hazırki sahibləri üçün rəqibə çevrilə bilər
İnfrastruktur
20 Fevral , 2015 07:07
​Apple 2020-ci ilədək avtomobil istehsalına başlaya bilər

Bakı. 20 fevral. REPORT.AZ/ "Apple" şirkəti 2020-ci ilədək şəxsi elektromobillərinin istehsalına başlamağa hazırlaşır.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, beləliklə, smartfon istehsalı üzrə dünya lideri bazarın hazırki sahibləri sayılan "Tesla Motors" və "General Motors" şirkətlərinə rəqib ola bilər.

"Apple" nəşrin yazdığı məlumatla bağlı hələ ki, açıqlama verməyib.

Son xəbərlər

Orphus sistemi