Ağdam şəhərində salınacaq Mərkəzi parkda məşhur çay evinin inşası nəzərdə tutulub

Ağdam şəhərində salınacaq Mərkəzi parkda məşhur çay evinin inşası nəzərdə tutulub Prezident İlham Əliyevin dekabrın 24-də təməlini qoyduğu Ağdam şəhər Mərkəzi parkının ümumi ərazisi 5,5 hektar olacaq.
İnfrastruktur
27 Dekabr , 2023 13:42
Ağdam şəhərində salınacaq Mərkəzi parkda məşhur çay evinin inşası nəzərdə tutulub

Prezident İlham Əliyevin dekabrın 24-də təməlini qoyduğu Ağdam şəhər Mərkəzi parkının ümumi ərazisi 5,5 hektar olacaq.

"Report"un Ağdama ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.

"Bunun 70 %-ni yaşıllıqlar, 25 %-ni səki və meydançalar, 5 %-ni isə tikililər təşkil edəcək. Parkın ərazisi 4 zonaya bölünüb. Bunlar, şəhər mərkəzi, botanika bağı, çəmənliklər və meşəliklərdir. Burada inzibati binanın, mobil tipli köşklərin, restoranın, uşaq əyləncə mərkəzinin, məşhur Ağdam Çay Evinin inşası nəzərdə tutulub”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi