Nizami Kino Mərkəzində "Minionlar"ın təqdimatı başlayıb

Nizami Kino Mərkəzində "Minionlar"ın təqdimatı başlayıb Animasiya filmi iyulun 9-dan nümayiş edilir
İncəsənət
9 İyul , 2015 16:45
Nizami Kino Mərkəzində Minionların təqdimatı başlayıb

Bakı. 9 iyul. REPORT.AZ/ Bu gündən etibarən Nizami Kino Mərkəzində “Minionlar” animasiya filminin 3D formatında nümayişinə başlanılıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Nizami Kino Mərkəzinin mətbuat xidməti yayıb.

Amerika rejissorları Kayl Balda və Pyer Soffinin Brayan Linçin ssenarisi əsasında çəkdikləri “Minionlar” cizgi filmi ailəvi komediya janrındadır. 

Filmə baxmağa yaşı 6-dan çox olan şəxslər buraxılır.  

"Onlar tarixi dəyişəcəklər... Müqavimət mənasızdır!” Minionlar planetdə insanlardan bir neçə milyon il əvvəldən yaşayırlar" fikri film üçün şüar seçilib. 

Onların bir ideyaları var – yer üzünün ən Çirkin şəxsiyyətinə qulluq etmək. Dinazavrlar, fironlar, Drakula, Napoleon – hamısı qısa ömürlü oldular. İndi Minionlar Nyu-Yorka üz tutublar. Onları burda pul, hakimiyyət, ətrafına fəlakət saçan super cani Skarlett Overkill və sözsüz ki, çox dadlı “banana” gözləyir. Hər halda onlar belə düşünürlər...

Filmdə rolları Sandra Bullok, Con Xemm, Maykl Kiton, Ellison Cenni, Stiv Kuqan, Cennifer Sonders, Ceffri Raş, Stiv Karell, Pyer Soffin, Keti Mikson və başqa aktyorlar canlandırıb. 

Son xəbərlər

Orphus sistemi