“Nine Senses” incəsənət mərkəzi azərbaycanlı və xarici ekspertlərin təcrübələrini bölüşəcəyi məkana çevriləcək

“Nine Senses” incəsənət mərkəzi azərbaycanlı və xarici ekspertlərin təcrübələrini bölüşəcəyi məkana çevriləcək Sentyabrın 10-da “Nine Senses” incəsənət mərkəzində rəssam-kosmoqraf, astropsixoloq Fərhad Sadıxovun “Həyat Dairəsi” adlı sərgisi keçiriləcək.
İncəsənət
5 Sentyabr , 2023 14:40
“Nine Senses” incəsənət mərkəzi azərbaycanlı və xarici ekspertlərin təcrübələrini bölüşəcəyi məkana çevriləcək

Sentyabrın 10-da “Nine Senses” incəsənət mərkəzində rəssam-kosmoqraf, astropsixoloq Fərhad Sadıxovun “Həyat Dairəsi” adlı sərgisi keçiriləcək.

“Report” xəbər verir ki, bu, oktyabrın 6-dan 8-dək Bakıda keçiriləcək “Nine Senses Fest” böyük beynəlxalq festival ərəfəsində ilk tədbir olacaq. İncəsənət mərkəzi beynəlxalq və azərbaycanlı ekspertlərlə görüşlərin keçiriləcəyi, təcrübə mübadiləsi aparılacağı, onların fiziki və mənəvi təcrübələrinin bölüşüləcəyi məkana çevriləcək.

“Həyat Dairəsi” sərgisinin bir hissəsi kimi mandalalarda Günəşin kristallaşmış formaları sizə kosmosun harmoniyasını və enerji baxımından güclü, parlaq olan layihələr göstərmək niyyətimizin enerjisini hiss etdirəcək”, - “Nine Senses” incəsənət mərkəzinin akademik direktoru və sərginin kuratoru Natalya Jukova bildirib.

Onun sözlərinə görə, hinduizm və buddizm kimi bir çox dini ənənələrdə mandalalar mənəvi yüksəlişin, aydınlanma yolunun rəmzi kimi istifadə olunur.

“Azərbaycanda buna bənzər istiqamət şəbəkə adlanır: ornamental məbəd vitrajları. Şəbəkələri ərsəyə gətirmiş ustalar yalnız xüsusi ayinlər yerinə yetirdikdən və dualar oxuduqdan sonra öz işlərinə başlayırmışlar”, - o vurğulayıb.

Sərgi dairənin arxetipik rəmzinin bir ekspozisiyadakı əlaqəsi üzərində qurulub. O, kosmosun əbədiliyini və sonsuzluğunu, Günəşi simvollaşdırır.

Ünvan: “Nine Senses” incəsənət mərkəzi, “Sea Breeze Resort”, Nardaran 31 (LANDAU məktəbinin yanı).

+994 552555412 nömrəsinə zəng edərək və ya “@9senses_azerbaijan” instaqram səhifəsinin ismarış qutusuna yazaraq iştirakınızı təsdiqləyə bilərsiniz.

Giriş sərbəstdir.

Son xəbərlər

Orphus sistemi