​Azərbaycan Memarlar İttifaqının nəzdində layihə bürosu fəaliyyətə başlayıb

​Azərbaycan Memarlar İttifaqının nəzdində layihə bürosu fəaliyyətə başlayıb "Məqsəd memarlara kömək etmək, əldə olunan vəsaitlə Memarlar İttifaqının fəaliyyətinə yardım etməkdir"
İncəsənət
23 Oktyabr , 2015 17:35
​Azərbaycan Memarlar İttifaqının nəzdində layihə bürosu fəaliyyətə başlayıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycan Memarlar İttifaqının (AMİ) nəzdində "AMİ layihə" adlı layihə bürosu fəaliyyətə başlayıb.

Bu barədə "Report"a büronun rəhbəri, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Rasim Babakişiyev məlumat verib.

O bildirib ki, büronun açılmasında məqsəd həm gənc memarlara təcrübə qazanmaları üçün kömək etmək, həm peşəkar memarlara dəstək olmaq, həm də görülən işlərdən əldə olunacaq vəsaitlə Memarlar İttifaqının fəaliyyətinə yardım etməkdir: "Düşünürəm ki, mənim "Nargin adası" layihəm qəbul olunacaq və biz "AMİ layihə" ilə birlikdə o işi həyata keçirəcəyik. Layihəni mən hazırlasam da, bu işə bütün gözəl memarlarımızı cəlb etmək və ortaya yüksək səviyyəli iş qoymaq istəyirəm".

Son xəbərlər

Orphus sistemi