“CinemaPlus”da “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” keçiriləcək

“CinemaPlus”da “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” keçiriləcək Azərbaycan Kinosu Günü münasibətilə “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” keçiriləcək
İncəsənət
28 İyul , 2023 16:05
“CinemaPlus”da “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” keçiriləcək

“CinemaPlus” premium kinoteatrlar şəbəkəsində “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” təşkil olunacaq.

"Report" xəbər verir ki, baxış Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə təşkil olunub.

Avqustun 3-dən 10-dək davam edəcək baxış Mədəniyyət Nazirliyi, Kino Agentliyi və “Azərbaycanfilm” kinostudiyası ilə birgə həyata keçiriləcək.

Filmlərə baxış üçün giriş sərbəstdir.

Həmin müddətdə aşağıdakı filmlərin nümayişi nəzərdə tutulub:

“Arşın mal alan”

Rejissorlar: Rza Təhmasib, Nikolay Leşşenko.

1945- ci il. Bakı kinostudiyası.

“Bəxtiyar”

Rejissor: Lətif Səfərov.

1955- ci il. Bakı kinostudiyası.

“O olmasın, bu olsun”

Rejissor: Hüseyn Seyidzadə.

1956-cı il. Bakı kinostudiyası.

“Ögey ana”

Rejissor: Həbib İsmayılov.

1958-ci il. Bakı kinostudiyası.

“Uzaq sahillərdə”

Rejissor: Tofiq Tağızadə.

1958-ci il. Bakı kinostudiyası.

“Əhməd haradadır? ”

Rejissor: Adil İsgəndərov.

1963- cü il. “Azərbaycanfilm” k/st.

“Sehrli xalat”

Rejissor: Əlisəttar Atakişiyev.

1964- cü il. “Azərbaycanfilm” k/st.

“Bir cənub şəhərində”

Rejissor: Eldar Quliyev.

1969-cu il. “Azərbaycanfilm” k/st.

“Bizim Cəbiş müəllim”

Rejissor: Həsən Seyidbəyli.

1969-cu il. “Azərbaycanfilm” k/st.

“Şərikli çörək”

Rejissor: Şamil Mahmudbəyov.

1969-cu il. “Azərbaycanfilm” k/st.

“Axırıncı aşırım”

Rejissor: Kamil Rüstəmbəyov.

1971-ci il. “Azərbaycanfilm” k/st.

“Gün keçdi”

Rejissor: Arif Babayev.

1971-ci il. “Azərbaycanfilm” k/st.

“Nəsimi”

Rejissor: Həsən Seyidbəyli.

1973-cü il. “Azərbaycanfilm” k/st.

“Əzablı yollar”

Rejissor: Tofiq İsmayılov.

1982-ci il. “Azərbaycanfilm” k/st.

“Evlənmək istəyirəm”

Rejissor: Cahangir Mehdiyev

1983-cü il. “Azərbaycanfilm” k/st.

“Bəyin oğurlanması”

Rejissorlar: Ceyhun Mirzəyev, Vaqif Mustafayev.

1985-ci il. “Azərbaycanfilm” k/st.

“Cin mikrorayonda”

Rejissor: Oqtay Mirqasımov.

1985-ci il. “Azərbaycanfilm” k/st.

“Atları yəhərləyin”

Rejissorlar: Əbdül Mahmudov, Həsən Turabov.

1985-ci il. “Azərbaycanfilm” k/st.

“Süd dişinin ağrısı”

Rejissor: Hüseyn Mehdiyev.

1987-ci il. “Azərbaycanfilm” k/st.

“Yaramaz”

Rejissor: Vaqif Mustafayev.

1988-ci il. “Azərbaycanfilm” k/st.

“Ölsəm… bağışla”

Rejissor: Rasim Ocaqov.

1989-cu il. “Azərbaycanfilm” k/st.

Qeyd edək ki, giriş sərbəstdir.

Son xəbərlər

Orphus sistemi