Samir Məmmədov: "2026-ci ilədək Azərbaycanda 1 milyon əhali rəqəmsal ID-dən istifadə edəcək"

Samir Məmmədov: "2026-ci ilədək Azərbaycanda 1 milyon əhali rəqəmsal ID-dən istifadə edəcək" 2026-cı ilin sonuna qədər Azərbaycanda 1 milyon vətəndaşın rəqəmsal ID-dən istifadə etməsi, ölkə əhalisinin 65 %-nin ilkin rəqəmsal bacarıqlara malik olmasına nail olmaq hədəflənib.
İKT
15 May , 2024 11:11
Samir Məmmədov: 2026-ci ilədək Azərbaycanda 1 milyon əhali rəqəmsal ID-dən istifadə edəcək

2026-cı ilin sonuna qədər Azərbaycanda 1 milyon vətəndaşın rəqəmsal ID-dən istifadə etməsi, ölkə əhalisinin 65 %-nin ilkin rəqəmsal bacarıqlara malik olmasına nail olmaq hədəflənib.

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında deyib.

O bildirib ki, Azərbaycan hökuməti rəqəmsallaşmaya böyük əhəmiyyət verir: "Ölkədə rəqəmsallaşma ilə bağlı inkişaf strategiyası hazırlanıb. Strategiya rəqəmsal hökumət, cəmiyyət, biznes kimi üç sütunu əhatə edir. Məqsədimiz bu strategiya əsasında rəqəmsallaşmanın əhatə dairəsini genişləndirməkdir".

Son xəbərlər

Orphus sistemi