Nazir müavini: “Yeni peyk layihələri olacaq”

Nazir müavini: “Yeni peyk layihələri olacaq” “Məhz “Azərspace – 2” peykinin orbitə buraxılmasının əsas məqsədi o idi ki, daha sonrakı uzunmüddətli fəaliyyəti dövründə “Azərspace – 1”i əvəzləsin”.
İKT
3 Fevral , 2022 16:04
Nazir müavini: “Yeni peyk layihələri olacaq”
Rövşən Rüstəmov

“Məhz “Azərspace – 2” peykinin orbitə buraxılmasının əsas məqsədi o idi ki, daha sonrakı uzunmüddətli fəaliyyəti dövründə “Azərspace – 1”i əvəzləsin”.

Bunu "Report"a açıqlamasında Azərbaycanın yeni telekommunikasiya peyklərinin orbitə çıxarılması imkanları ilə bağlı məsələləri şərh edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib.

R.Rüstəmov qeyd edib ki, “Azərspace – 2” yerətrafı orbitə buraxıldıqdan sonra birinci telekommunikasiya peyki olan “Azerspace-1”in orbitdəki ehtiyatı rolunu öz üzərinə götürüb:

“Peyk layihələri hər zaman davam edən prosesdir. Hansı peyklərin buraxılması daha çox bazarın tələbindən asılıdır. Təbii ki, yeni peyk layihələri olacaq”.

Qeyd edək ki, orbitə müxtəlif məqsədləri yerinə yetirən üç Azərbaycan peyki buraxılıb.

2013-cü ildə “AzerSpace – 1”, 2018-ci ildə “AzerSpace – 2” telekommunikasiya peykləri, 2014-cü ildə isə “Azersky” Yer səthinin məsafədən müşahidə peyki yerətrafı orbitə buraxılıb. “AzerSpace – 1”in istismar müddəti 17, “AzerSpace – 2"nin istismar müddəti isə 15 ildir.

“Azerspace-1” və “Azerspace-2” rəqəmsal teleradio yayımı və internetə giriş xidmətləri təqdim edə, çoxxidmətli VSAT şəbəkələri yarada, məlumatları ötürə və hökumət rabitəsini təmin edə bilər. Onların əhatə dairəsi çox sayda bölgəni – Şərqi, Orta və Qərbi Afrikanı, Avropanı və Orta Asiyanı əhatə edir.

“Azersky” peykini isə Azərbaycan “Azərkosmos”la Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanan müqavilə çərçivəsində əldə edib. Bu peyk Yer səthinin uzaqdan müşahidə edilməsinə imkan verir və sutka ərzində 6 milyon kvadratmetr ərazinin yüksək keyfiyyətli şəkillərini çəkmək üçün lazımi gücə malikdir.

“Azerspace-1” peykinin gəlirlərinin 80 %-i, “Azersky” peykinin gəlirlərinin isə 98 %-i xarici bazarlarda formalaşır.

Son xəbərlər

Orphus sistemi