Bakı. 1 iyun. REPORT.AZ/
Vətəndaşların xarici ölkələrdən aldıqları mobil cihazların sözügedən xidmət vasitəsilə qeydiyyatdan keçirilməsi mümkündür. Cari ilin keçən dövrü ərzində portal üzərindən təqdim olunan "Mobil cihazların qeydiyyatdan keçirilməsi" elektron xidmətindən 222 998 dəfə istifadə olunub.
Qeyd edək ki, "Elektron Hökumət" portalı üzərindən vətəndaşlara təqdim edilən "Mobil cihazların IMEI-kodunun yoxlanılması" xidməti də xüsusi əhəmiyyətə malikdir və vətəndaşlar tərəfindən ən çox istifadə edilən xidmətlərdəndir. Xidmətdən mobil cihazların standartlara uyğun olub-olmadığı və eləcə də, qeydiyyatı barədə informasiya əldə etmək olar.