Azərbaycanda ilk dəfə rəqəmsal bacarıqların əhatəli qiymətləndirilməsi aparılıb

Azərbaycanda ilk dəfə rəqəmsal bacarıqların əhatəli qiymətləndirilməsi aparılıb Azərbaycanda ilk dəfə rəqəmsal bacarıqların, savadlılığın genişəhatəli qiymətləndirilməsi aparılıb.
İKT
15 May , 2024 16:02
Azərbaycanda ilk dəfə rəqəmsal bacarıqların əhatəli qiymətləndirilməsi aparılıb

Azərbaycanda ilk dəfə rəqəmsal bacarıqların, savadlılığın genişəhatəli qiymətləndirilməsi aparılıb.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri Ceyhun Hüseynzadə Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, qiymətləndirmənin məqsədlərindən biri Azərbaycanın beynəlxalq bençmarklarla, digər ölkələrlə müqayisədə hansı mövqedə olmasını müəyyən etmək olub.

"Bu, rəqəmsal bacarıqlarla bağlı həyata keçirdiyimiz təhsil layihələrini, proqramlarını daha hədəflənmiş şəkildə dizayn etmək üçün lazım idi. Qiymətləndirmə ümimilikdə 13 iqtisadi rayonda cəmiyyətin 4 kateqoriyası üzrə aparılıb. Birinci kateqoriyaya dövlət sektoru, ikinciyə özəl sektor, üçüncü kateqoriyaya universitetlər, təhsil sektoru, sonuncu kateqoriyaya isə ev təsərrüfatları daxil olub. Hazırda Beynəlxalq Telekommunikasiya İttifaqı hesabatın son dizayn işlərini aparır və bir neçə həftə sonra o ictimaiyyətə açıqlancaq", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi