Xırdalan dairəsindən istifadə edən sürücülərə alternativ yollar təklif edilir

Xırdalan dairəsindən istifadə edən sürücülərə alternativ yollar təklif edilir "Azəryolservis” ərazidə təmir işləri aparır
İnfrastruktur
13 May , 2015 16:25
Xırdalan dairəsindən istifadə edən sürücülərə alternativ yollar təklif edilir

Bakı. 13 may. REPORT.AZ/ Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən Xırdalan dairəsində təmir işləri aparılır. Bu ərazidə köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənir. Bu səbəbdən dairədə və yan yollarda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Bu barədə "Report"a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən məlumat verilib.

Bakı-Sumqayıt və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri dairənin alt hissəsindən keçən tuneldən maneəsiz şəkildə istifadə edə bilərlər. Xırdalan şəhərinə daxil olan nəqliyyat vasitələri Bakı-Quba avtomobil yolunun 13-ci kilometrliyində yerləşən Masazır dairəsindən istifadə etməklə, Binəqədi və Biləcəri qəsəbələri istiqamətində hərəkətdə olan nəqliyyat vasitələri isə “Ekologiya postu”ndan sağa dönməklə hərəkətlərini davam etdirə bilərlər. Bundan başqa, sürücülər alternativ olaraq Binəqədi şossesindən də istifadə edə bilər.

"Xırdalan dairəsində təmir işlərinin tez bir zamanda yekunlaşdırılması üçün bütün qüvvələr səfərbər edilib", - şirkətdən bildirlib. 

Son xəbərlər

Orphus sistemi