Ukrayna-Çin konteyner qatarı Bakı limanına çatıb

Ukrayna-Çin konteyner qatarı Bakı limanına çatıb Buradan qatarın Qazaxıstan-Çin marşrutu ilə hərəkət etməsi nəzərdə tutulur
İnfrastruktur
22 Yanvar , 2016 18:08
Ukrayna-Çin konteyner qatarı Bakı limanına çatıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu ilə hərəkət edən, bərə keçidlərini və quru yolu əhatə edən sınaq konteyner qatarı bu gün Ələtdə yerləşən Bakı limanının Bərə Terminalına çatıb.

Limandan "Report"a verilən məlumata görə, 10 vaqon və 20 qırx futluq konteynerdən ibarət olan sınaq qatarı Ukraynanın İlyiçevsk limanından yanvarın 15-də yola salınıb. Qatar Gürcüstanın Poti limanına yanvarın 20-də çatıb. Azərbaycandan sonra qatarın Qazaxıstan-Çin marşrutu ilə hərəkət etməsi nəzərdə tutulur.

Xatırladaq ki, yanvarın 14-də Bakıda keçirilmiş dördtərəfli görüşdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda vahid tariflərin müəyyənləşdirilməsi haqqında razılığa gəlib. Müvafiq protokolu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Askar Mamin, “Gürcüstan Dəmir Yolu” SC-nin rəisi Mamuka Baxtadze və “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy imzalayıblar.

Son xəbərlər

Orphus sistemi