Türkiyəli nazir: "Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması üçün heç bir maneə yoxdur"

Türkiyəli nazir: "Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması üçün heç bir maneə yoxdur" Binəli Yıldırım hesab edir ki, planlaşdırılmamış ləngimələr layihənin uğurla yekunlaşmasına mane olmayacaq
İnfrastruktur
9 Mart , 2016 18:13
Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması üçün heç bir maneə yoxdur

Bakı. 9 mart. REPORT.AZ/ "Gördüyümüz tədbirlər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin reallaşdırılması yolunda bütün ləngimələri aradan qaldıracaq". "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, dəniz işləri və kommunikasiya naziri Binəli Yıldırım bildirib.

BTQ-nin həyata keçirilməsində planlaşdırılmamış ləngimələrin mövcudluğunu etiraf edən B.Yıldırım qeyd edib ki, onlar layihənin uğurla yekunlaşmasına mane olmayacaq: "Qatarlar 2016-cı ilin sonunda buraxılacaq. Əvvəlcə yük qatarlarını, sonra isə sərnişin qatarlarını buraxacağıq. Keçmişdə yaranan problemlər tamamilə aradan qaldırılıb. Bu işlərin yekunlaşdırılması üçün mane ola biləcək heç bir məsələ qalmayıb".

Nazirin sözlərinə görə, iclas çərçivəsində Qafqaz, Mərkəzi Asiya və Anadolu ərazisindən keçəcək nəqliyyat dəhlizlərinin geniş müzakirəsi aparılır.

B.Yıldırımın sözlərinə görə, dəmir yolu magistralının tikintisinin yekunlaşması Avropa, Uzaq Şərq və Qafqaz arasında birbaşa rabitə yaratmağa imkan verəcək.

"Bu layihə təkcə Azərbaycana deyil, Türkiyə və Gürcüstana da aiddir. O, bütün Uzaq Şərq, Mərkəzi Asiya və Avropanı əhatə edir. Biz bu halqanı tamamilə yaratmasaq, tarixi İpək Yolunu tam həcmdə bərpa edə bilməyəcəyik", - deyə B.Yıldırım vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi