​Tbilisi prospektində avtomobillərin sıxlığı yaranıb

​Tbilisi prospektində avtomobillərin sıxlığı yaranıb Şəhər mərkəzi istiqamətində aparan bəzi yollarda tıxac yaranıb
İnfrastruktur
7 Oktyabr , 2015 09:21
​Tbilisi prospektində avtomobillərin sıxlığı yaranıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakıda ənənəvi olaraq Bakı-Sumqayıt şosesində (paytaxt istiqamətində) avtomobillərin tıxacı müşahidə edilir.

Bu haqda "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bundan başqa, Tbilisi prospekti (mərkəz istiqamətində; alternativ olaraq Həsən bəy Zərdabi küçəsindən istifadə etmək olar), 20 Yanvar - Ziya Bünyadov prospekti (alternativ kənar yoldan istifadə etmək olar), habelə Yusif Səfərov küçəsi (az sıxlıq) və Azadlıq prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Son xəbərlər

Orphus sistemi