​Şəmkir-Dəllər dəmir yolunun təmirinə başlanılıb

​Şəmkir-Dəllər dəmir yolunun təmirinə başlanılıb Təmir işləri bir həftə davam edəcək
İnfrastruktur
11 Aprel , 2016 08:08
​Şəmkir-Dəllər dəmir yolunun təmirinə başlanılıb

Bakı. 11 aprel. REPORT.AZ/  Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. "Report"un məlumatına görə, Şəmkir-Dəllər mənzilində 8,6 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri bir həftə davam edəcək. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 2015-ci il aprelin 14-də “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkəti arasında "Azərbaycan Respublikası dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 78 km dəmir yolu əsaslı təmir olunub.

Son xəbərlər

Orphus sistemi