Sabirabad Rayon İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb - YENİLƏNİB

Sabirabad Rayon İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb - YENİLƏNİB Azərbaycan Prezidenti bununla bağlı sərəncamlar imzalayıb
İnfrastruktur
16 Dekabr , 2014 19:26
Sabirabad Rayon İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb - YENİLƏNİB

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncama əsasən Sabirabad rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Sabirabad Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Dövlət başçısının digər sərəncamı ilə 20 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Sabirabad Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi