Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncama əsasən Sabirabad rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Sabirabad Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Dövlət başçısının digər sərəncamı ilə 20 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Sabirabad Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.