​Sabah Sumqayıt şəhəri və Corat qəsəbəsində su problemi olacaq

​Sabah Sumqayıt şəhəri və Corat qəsəbəsində su problemi olacaq Bu, Sumqayıtın magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə bağlıdır
İnfrastruktur
15 Yanvar , 2015 18:51
​Sabah Sumqayıt şəhəri və Corat qəsəbəsində su problemi olacaq

Bakı. 15 yanvar. REPORT.AZ/ Yanvarın 16-da Sumqayıt şəhərinin bir hissəsi, həmçinin Corat qəsəbəsinə içməli suyun verilməsində fasilələr olacaq.

"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən"Report"a verilən məlumata görə, Sumqayıtın magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar şəhərin 1, 2, 6, 11, 13-cü mikrorayonlarına, 4, 5, 17 və 45-ci məhəllələrinə, habelə Corat qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi