Sabah Bakının daha bir mərkəzi küçəsi bağlı olacaq

Sabah Bakının daha bir mərkəzi küçəsi bağlı olacaq Yolda təmir işləri aparılır
İnfrastruktur
11 Dekabr , 2015 17:41
Sabah Bakının daha bir mərkəzi küçəsi bağlı olacaq

Bakı. 11 dekabr. REPORT.AZ/ Dekabrın 12-dən etibarən Bülbül küçəsinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasında yol asfalt örtüyünün təmirinə bağlanacaq. 

"Report" xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC məlumat yayıb. 

Avtomobillərin hərəkətinə qoyulacaq məhdudiyyətlər artıq dekabrın 13-dən 14-nə keçən gecə - bazar ertəsi aradan qaldırılacaq.

Məlumata görə, təmir işləri gələn il iyun ayında Bakıda keçiriləcək "Formula 1" yarışına hazırlıq işləri çərçivəsində həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi