Saatlı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrıldı

Saatlı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrıldı Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb
İnfrastruktur
1 May , 2015 18:35
Saatlı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrıldı

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncama əsasən, əlli bir min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Saatlı Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb. 

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi