Niyazi küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Niyazi küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb Həmin ərazidə asfalt örtüyü sökülür
İnfrastruktur
29 İyun , 2016 09:23
Niyazi küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün Bakı şəhəri Azadlıq prospektinin Cəfər Xəndan küçəsi ilə kəsişməsində nəqliyyat vasitələrinin sıxlığı yaranıb. Avtomobillərin sıxlığı əsasən mərkəzə doğru müşahidə edilir. 

Bu, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumatda bildirilib. 

Həmçinin, paytaxtın Ziya Bünyadov prospektinin "Koroğlu" metro stansiyası istiqamətində və Koroğlu Rəhimov küçəsində nisbi sıxlıq yaranıb.

Eyni zamanda, "Formula-1" yarışı ilə əlaqədar çəkilmiş asfalt örtüyünün qaşınması ilə əlaqədar Niyazi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi