Niyazi küçəsində avtomobillərin hərəkəti bərpa olunub

Niyazi küçəsində avtomobillərin hərəkəti bərpa olunub Yolda artıq nisbi sıxlıq yaranıb
İnfrastruktur
1 İyul , 2016 09:15
Niyazi küçəsində avtomobillərin hərəkəti bərpa olunub

Bakı. 1 iyul. REPORT.AZ/ İyunda Bakıda keçirilən "Formula-1" yarışı ilə əlaqədar avtomobillərin hərəkəti üçün məhdudlaşdırılan Niyazi küçəsi artıq nəqliyyat vasitələri üçün açılıb. Bunu "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildiriblər. 

Eyni zamanda, səhər saatlarında Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Üzeyir Hacıbəyov küçəsi, Binəqədi şosesi (mərkəzə doğru), Tbilisi prospekti (mərkəzə doğru), Niyazi küçəsi, habelə Koroğlu Rəhimov küçəsində (Prezident İqamətgahı istiqamətində) avtomobillərin hərəkətində nisbi sıxlıq müşahidə edilir. 

Son xəbərlər

Orphus sistemi