Nəqliyyat naziri İmişlidə vətəndaşları qəbul edib

Nəqliyyat naziri İmişlidə vətəndaşları qəbul edib Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib
İnfrastruktur
29 Mart , 2016 18:29
Nəqliyyat naziri İmişlidə vətəndaşları qəbul edib

Bakı. 29 mart. REPORT.AZ/ Nəqliyyat naziri Ziya Məmmədov martın 29-da İmişlidə vətəndaş qəbulu keçirib. Nəqliyyat Nazirliyindən "Report"a daxil olan məlumata görə, nazir İmişli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini, şikayət və təkliflərini dinləyib.

Müraciətlər əsasən İmişli şəhərində müasir tipli avtovağzal binasının tikintisi, Sarxanlı-Boşçalılar kənd avtomobil yolunda əsaslı tikinti işlərinin davam etdirilməsi üçün müraciətin aidiyyəti quruma çatdırılmasından ibarət olub.

Bundan başqa, vətəndaşlar Beyləqan və İmişli rayonları ərazisində nəqliyyat-yol kompleksi sahəsində görülmüş işlərlə bağlı minnətdarlıqlarını bildiriblər.

Daha bir vətəndaş isə 12 saylı Beyləqan Regional Nəqliyyat MMC-də ixtisasına uyğun işlə təmin olunmasını xahiş edib.

Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.

Son xəbərlər

Orphus sistemi