Neftçilər prospektində maşınların sıxlığı yaranıb

Neftçilər prospektində maşınların sıxlığı yaranıb Avtomobillər müəyyən küçələrdə ləng hərəkət edir
İnfrastruktur
12 Yanvar , 2016 09:27
Neftçilər prospektində maşınların sıxlığı yaranıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Bakıda bu dəqiqələrdə Neftçilər prospektindən Bülbül prospektinin kəsişməsinədək olan hissədə nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

Bu barədə "Report"a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bundan başqa, Yusif Səfərov küçəsində (Cavanşir körpüsü istiqamətində), Zərifə Əliyeva küçəsi, A. Bakıxanov küçəsi (Dövlət Statistika Komitəsi istiqamətində), həmçinin Tbilisi və Nobel prospektlərində ("Nargilə" kafesindən "NZS" adlanan hissəyə qədər) avtomobillərin sıxlığı müşahidə edilir.

Son xəbərlər

Orphus sistemi