Neftçilər prospektində avtomobillərin hərəkəti bərpa olunub

Neftçilər prospektində avtomobillərin hərəkəti bərpa olunub Yeni asfalt örtüyünün çəkilişi ilə əlaqədar olaraq qısa müddətdə avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı
İnfrastruktur
5 Fevral , 2016 19:48
Neftçilər prospektində avtomobillərin hərəkəti bərpa olunub

Bakı. 5 fevral. REPORT.AZ/ Bakının Neftçilər prospektində avtomobillərin hərəkəti bərpa olunub. 

"Report" xəbər verir ki, Neftçilər prospekti Əziz Əliyev küçəsi kəsişməsindən Azneft dairəsinə qədər olan hissəsi yeni asfalt örtüyünün çəkilişi ilə əlaqədar olaraq qısa müddətdə avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı. 

Eyni zamanda, Bakı-Ələt yolunun 14-cü km-dən III Kənar Dairəvi Yolla, 20-ci sahə dairəsindən Dağüstü yolla Badamdar qəsəbəsi istiqaməti, Bayıl qəsəbəsindən Xanlar, Mikayıl Hüseynov küçələri vasitəsilə Mehdi Hüseyn, yaxud Parlament prospekti istiqaməti, eləcə də Yusif Səfərov, 28 May küçəsi kəsişməsindən Zərifə Əliyeva, Rəşid Behbudov küçələri kəsişməsindən Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkəti bərpa edilib.

Son xəbərlər

Orphus sistemi