​Naxçıvanda Qarabağlar Türbə Kompleksi bərpa olunacaq

​Naxçıvanda Qarabağlar Türbə Kompleksi bərpa olunacaq Bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb
İnfrastruktur
5 İyul , 2016 09:46
​Naxçıvanda Qarabağlar Türbə Kompleksi bərpa olunacaq

Bakı. 5 iyul. REPORT.AZ/ Naxçıvanda Qarabağlar Türbə Kompleksi bərpa ediləcək.

"Report"un xəbərinə görə, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb. Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə Qarabağlar Türbə Kompleksində bərpa işlərinin elmi və tarixi əsaslarla aparılmasını təmin edəcək.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi “Qarabağlar Türbə Kompleksi” tədqiqat qrupu yaradılacaq.

Son xəbərlər

Orphus sistemi