Rusiyanın "Koqalımavia" şirkəti Azərbaycana uçuşlardan məhrum edilib

Rusiyanın "Koqalımavia" şirkəti Azərbaycana uçuşlardan məhrum edilib Bu, şirkətin bir mövsümdən artıq müddətdə uçuşlar etməməsi ilə əlaqədardır
İnfrastruktur
25 Avqust , 2016 08:20
Rusiyanın Koqalımavia şirkəti Azərbaycana uçuşlardan məhrum edilib

Bakı. 25 avqust. REPORT.AZ/ Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi (RHNA) "Koqalımavia" şirkətinin (Metrojet) 30 istiqamət üzrə uçuş icazəsini geri çağırıb.

"Report" xəbər verir ki, bu barədə agentliyin saytında məlumat verilir.

Dərc olunan sənəddə bildirilir ki, lisenziyanın geri alınması aviadaşıyıcının bir mövsümdən artıq müddət ərzində uçuşlar həyata keçirməməsi ilə əlaqədardır. "Koqalımavia", xüsusilə Qazaxıstan, Azərbaycan və Qırğızıstan istiqamətində uçuşlardan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi