Kiyevdə daha əvvəl Azərbaycanın sifariş etdiyi "An-178" təyyarəsi təqdim olunub

Kiyevdə daha əvvəl Azərbaycanın sifariş etdiyi "An-178" təyyarəsi təqdim olunub Yeni təyyarə əvvəlki nəsil hava gəmilərini əvəz etməlidir
İnfrastruktur
17 Sentyabr , 2016 14:07
Kiyevdə daha əvvəl Azərbaycanın sifariş etdiyi An-178 təyyarəsi təqdim olunub

Bakı. 17 sentyabr. REPORT.AZ/ Kiyev Aviasiya Muzeyində yeni "An-178" hərbi-nəqliyyat təyyarəsi təqdim edilib.

"Report" "Ekonomiçeskie izvestiya" qəzetinə istinadən xəbər verir ki, yeni təyyarə əvvəlki nəsil hava gəmilərini - "An-12", "An-26" və "An-32"ni əvəz etməlidir.

"Antonov" aviakonserinin proqram direktoru Viktor Kazurovun sözlərinə görə, "An-178" həm yük və hərbi texnikanın daşınması, həm hərbçilərin müəyyən edilmiş nöqtəyə çatdırılması, həm də uçuş zamanı təyyarələrə yanacaq doldurulması üçün istifadə edilə bilər.

"An-178" təyyarələrinə tələbat 10-12 il ərzində 800 ədədə çata bilər. Bir təyyarənin orta qiyməti 40 milyon dollardır.

Hazırda Azərbaycan artıq 10 təyyarə üçün ödəniş edib, daha 30 hava gəmisini isə Səudiyyə Ərəbistanı almağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi