Bakı. 17 sentyabr. REPORT.AZ/ Kiyev Aviasiya Muzeyində yeni "An-178" hərbi-nəqliyyat təyyarəsi təqdim edilib.
"Report" "Ekonomiçeskie izvestiya" qəzetinə istinadən xəbər verir ki, yeni təyyarə əvvəlki nəsil hava gəmilərini - "An-12", "An-26" və "An-32"ni əvəz etməlidir.
"Antonov" aviakonserinin proqram direktoru Viktor Kazurovun sözlərinə görə, "An-178" həm yük və hərbi texnikanın daşınması, həm hərbçilərin müəyyən edilmiş nöqtəyə çatdırılması, həm də uçuş zamanı təyyarələrə yanacaq doldurulması üçün istifadə edilə bilər.
"An-178" təyyarələrinə tələbat 10-12 il ərzində 800 ədədə çata bilər. Bir təyyarənin orta qiyməti 40 milyon dollardır.
Hazırda Azərbaycan artıq 10 təyyarə üçün ödəniş edib, daha 30 hava gəmisini isə Səudiyyə Ərəbistanı almağı planlaşdırır.