İstanbulun Atatürk hava limanının fəaliyyəti bərpa olunub

İstanbulun Atatürk hava limanının fəaliyyəti bərpa olunub Ötən saat ərzində hava limanında atəş səsləri eşidilib
İnfrastruktur
16 İyul , 2016 07:03
İstanbulun Atatürk hava limanının fəaliyyəti bərpa olunub

Bakı. 16 iyul. REPORT.AZ/ İstanbulun Atatürk hava limanı uçuşların qəbulunu və yola salınmasını bərpa edib.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

Qeyd edək ki, ötən saat ərzində hava limanında atəş səsləri eşidilib.

Ötən gecə Türkiyədə silahlı dövlət çevrilişi cəhdi baş tutub. 6 saata yaxın davam edən qarşıdurmalardan sonra qiyam yatırılıb, 130 nəfərə yaxın hərbçi saxlanılıb.

Son xəbərlər

Orphus sistemi