​Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin Samuxda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib

​Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin Samuxda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib Qəbul martın 14-də keçiriləcək
İnfrastruktur
9 Mart , 2016 10:26
​Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin Samuxda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib

Bakı. 9 mart. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun Samux rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib. “Report” Komitənin mətbuat xidmətinə istinadən bildirir ki, qəbul martın 14-də keçiriləcək.

Qəbulda Samux, Gəncə, Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Qəbulda qeyd olunan rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız Komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin [email protected] elektron ünvanına yaza və ya (012) 490 24 08 (Komitənin Aparatı: daxili 105 və 349) nömrələri ilə əlaqə saxlaya bilərlər. 

Son xəbərlər

Orphus sistemi