Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Zərdabda vətəndaşları qəbul edəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Zərdabda vətəndaşları qəbul edəcək Qəbulda Zərdab, Ucar, Göyçay və Kürdəmir rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq
İnfrastruktur
22 Sentyabr , 2016 09:59
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Zərdabda vətəndaşları qəbul edəcək
Report

Bakı. 22 sentyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov sentyabrın 30-da Zərdab rayonunda vətəndaş qəbulu keçirəcək.

Bu barədə "Report"a komitənin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, vətəndaş qəbulu saat 11:00-da Zərdab şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq. Qəbulda yalnız Zərdab, Ucar, Göyçay və Kürdəmir rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. 

K.Həsənovun qəbuluna düşmək istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və ya bu nömrələrlə - (012) 490 24 08 (daxili 105 və 349) əlaqə saxlaya bilərlər. 

Son xəbərlər

Orphus sistemi