​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Yardımlıda vətəndaşlarla görüşəcək

​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Yardımlıda vətəndaşlarla görüşəcək Qəbulda yalnız Yardımlı, Cəlilabad, Masallı və Biləsuvar rayonlarından olan vətəndaşlar iştirak edə bilər
İnfrastruktur
23 May , 2016 13:34
​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Yardımlıda vətəndaşlarla görüşəcək

Bakı. 23 may. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) sədri Kərəm Həsənov mayın 27-də Yardımlı rayonunda növbəti vətəndaş qəbulu keçirəcək.

“Report”a Komitənin mətbuat xidmətindən bildirilib ki, qəbulda yalnız Yardımlı, Cəlilabad, Masallı və Biləsuvar rayonlarından olan vətəndaşlar iştirak edə bilər. Vətəndaş qəbulunda müstəsna olaraq Komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq. Qəbul Yardımlı şəhərində yerləşən Hüydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin [email protected] elektron ünvanına yaza və ya telefonla əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi