Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün saat 22:00-dan etibarən Suraxanı rayonunun Səttar Bəhlulzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
"Report"un məlumatına görə, bu barədə
Məlumatda bildirilib ki, yolda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması bəzi küçə və prospektlərdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri çərçivəsində baş tutacaq.
Qeyd edək ki, işlərin səhər saatlarınadək davam etdirilməsi nəzərdə tutulub. Sürücülərdən göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyə olunur.