"British Airways" Azərbaycan turistləri üçün yeni aksiya keçirir

"British Airways" Azərbaycan turistləri üçün yeni aksiya keçirir Azərbaycan turistləri Böyük Britaniya və Avropaya aviabiletləri 484 avrodan başlayan qiymətlə ala bilər
İnfrastruktur
27 Fevral , 2015 10:18
British Airways Azərbaycan turistləri üçün yeni aksiya keçirir

Bakı. 27 fevral. REPORT.AZ/ “British Airways” aviaşirkəti Azərbaycandan olan turistlərə endirimli qiymətlərlə səyahət etməyə imkan verən yeni bahar kampaniyasına start verib.

“Report” aviaşirkətin mətbuat xidmətinə istinadən məlumat verir ki, güzəştli aviabilet qiymətləri “Club World” və “World Traveller” sinifləri ilə səyahət edən sərnişinlərə şamil olunur. Kampaniya çərçivəsində Azərbaycan turistləri iyunun 30-dək səyahət edə biləcəklər. Azərbaycandan Böyük Britaniya və Avropaya olan aviabiletlərin qiyməti 484 avrodan, ABŞ və Kanadaya isə 674 avrodan başlayır.

Bundan başqa, aviaşirkət yaz tətili üçün valideyn və uşaqlara uyğun olacaq istirahət məkanlarının siyahısını hazırlayıb.

“British Airways”in mütəxəssislərinin rəyinə əsasən, Los Anceles (Kaliforniya, ABŞ), Milan (İtaliya), Vaşinqton (ABŞ), Toronto (Kanada) və Cersi adası (Böyük Britaniya) 2015-ci ildə yaz tətilini keçirmək üçün uyğun məkanlar sırasındadır.

“British Airways”in London və digər şəhərlərə uçuş cədvəli ilə www.ba.com saytında tanış olmaq mümkündür. Burada sərnişinlər uyğun qiymətlərə bilet tapa, onlayn aviareys rezerv edə, biletin qiymətini ödəyə və reysə qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi