Bərdədə yeni körpü istifadəyə verildi - FOTO

Bərdədə yeni körpü istifadəyə verildi - FOTO Yeni körpü 6 yaşayış məntəqəsi birləşdirir
İnfrastruktur
13 Mart , 2016 23:23
Bərdədə yeni körpü istifadəyə verildi - FOTO

Bakı. 13 mart. REPORT.AZ/ "Azəravtoyol" ASC tərəfindən Bərdənin Əyricə kəndində iki kəndi birləşdirən müasir tipli yeni körpü inşa olunaraq istifadəyə verilib.

"Report"un məlumatına görə, körpü Tərtər çayı üzərindən inşa olunub ki, onun uzunluğu 36 metr, eni isə 4 metr təşkil edir.

Yeni körpünün açılış mərasimində "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov, millət vəkili Zahid Oruc və Bərdə rayonunun İcra Hakimiyyətin başcısı Vidadi İsayev rayon rəsmiləri və kənd sakinləri iştirak edib.Tədbirdə cıxış edən rayon rəhbəri bildirib ki, Köhnə körpü yarasız hala düşdüyündən yeni körpünün tikilməsinə zərurət yaranmışdı. 

Körpünün tikintisi regionların sosial iqtisadi inkişafi dövlət proqarmı çərçivəsində aparılıb. Yeni körpü rayon mərkəzi ilə kəndlərin nəqliyyat əlaqəsini yaxşılaşdırmaqla bərabər,  həmçinin rayonun kənd təsərrufatının inkişafında mühüm rol oynayacaq.

Körpünün inşasına xeyli sayda texnika və işci qüvvəsi cəlb edildiyindən 1 ay ərzində tikinti işləri başa catıb. Yenidən qurulan körpü əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaq. Yeni körpü 6 yaşayış məntəqəsini birləşdirir. Ümumlikdə körpüdən 8 min əhali istifadə edir. Körpünün yük götürmə qabliyyəti 55 tona qədərdir. Bundan başqa körpü ətarfında sahil bərkitmə işləri aparılıb və baraj bəndi quraşdırılıb. Bu da körpünün aşırımlarını su yuyulmasından qoruyur.

Xatırladaq ki, Əyricə kəndində Tərtər cayı üzərində yerləşən körpü uzun illərdir ki, qəzalı vəziyyətə düşmüşdü.

Son xəbərlər

Orphus sistemi