Bakıda və Bilgəh qəsəbəsində bəzi yollarda hərəkət məhdudlaşdırılıb

Bakıda və Bilgəh qəsəbəsində bəzi yollarda hərəkət məhdudlaşdırılıb Həmçinin Bül-bül və Azadlıq prospektində hərəkət məhdudlaşdırılacaq
İnfrastruktur
10 İyun , 2015 05:00
Bakıda və Bilgəh qəsəbəsində bəzi yollarda hərəkət məhdudlaşdırılıb

Bakı. 10 iyun. REPORT.AZ/ I Avropa Oyunlarının məşəlinin səyahəti ilə əlaqədar olaraq Bakıda bir sıra yollar bağlanıb. "Report"un məlumatına görə, paytaxtın Şəmsi Bədəlbəyli, Səməd Vurğun, Rəşid Behbudov, İstiqlaliyyət, Şövkət Ələkbərova, Niyazi və Nizami küçələrində, həmçinin Bül-bül və Azadlıq prospektində hərəkət məhdudlaşdırılıb.

Həmçinin "Bakı 2015" I Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında triatlon yarışları ilə əlaqədar olaraq iyunun 10-14-də paytaxtın Bilgəh qəsəbəsində bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Belə ki, Zuğulba Yolu /Bakı Dairəvi II yolu - Dairə 1-dən Dairə 2-dək tam bağlanıb. Bu müddətdə hərəkət istiqaməti Əliağa Vahid, Aslan Salahzadə küçələrinə yönləndilib. Qeyd olunan istiqamət üzrə yollar triatlon yarışları ilə əlaqədar iyunun 13-də saat 08:30-18:30, iyunun 14-də saat 08:30-dan 19:00-dək, tanışlıq üçün iyunun 10-da saat 05:00-dan 14:00-dək, iyunun 11-də saat 05:00-dan 14:00-dək bağlanacaq.

Xatırladaq ki, ilk Avropa Oyunları iyunun 12-28-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi