​Bakıda Qələbə dairəsi kiçildilir

​Bakıda Qələbə dairəsi kiçildilir İşlərin mart ayı ərzində yekunlaşması gözlənilir
İnfrastruktur
18 Mart , 2015 11:23
​Bakıda Qələbə dairəsi kiçildilir

Bakı. 18 mart. REPORT.AZ/ Bakı şəhərinin "Qələbə" kinoteatrı qarşısındakı dairənin diametri kiçildilərək hərəkət zolaqlarının sayı artırılır. Bu, Bakıda nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində həyata keçirilən işlər çərçivəsində icra edilir. Bunu "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, artıq yol yatağı hazırlanan hissədə asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.

"Əlavə olaraq hərəkət istiqaməti dəyişdirilən hissəyə qoyulmuş beton bloklar mərmər səki daşı ilə əvəzlənəcək. İşlərin mart ayı ərzində yekunlaşması gözlənilir", - deyə P.Mürsəliyev bildirib.

Son xəbərlər

Orphus sistemi