Bakıda daha bir avtobus marşrutu yenisi ilə əvəzlənib

Bakıda daha bir avtobus marşrutu yenisi ilə əvəzlənib Bakıda 2 saylı marşrut xətti 21 nömrəsi altında fəaliyyət göstərəcək
İnfrastruktur
2 Noyabr , 2015 10:36
Bakıda daha bir avtobus marşrutu yenisi ilə əvəzlənib

Bakı. 2 noyabr. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC Bakı şəhərinin marşrut xətlərində təkmilləşdirmə işlərinin aparılması çərçivəsində 2 saylı avtobus marşrut xəttini 21 nömrəsi ilə əvəzləyib.

"Report"un əldə etdiyi məlumata görə, 2 nömrəli marşrutun xətti bu gündən etibarən 21 nömrəsi ilə fəaliyyət göstərir. Lakin 21 nömrəli marşrut da əvvəlki 2 nömrəli marşrut xəttinin yolu ilə hərəkət edir: "Xətai" metrosu-Nobel prospekti-C.Naxçıvanski adına Hərbi Lisey-Gəncə prospekti-Ukrayna dairəsi-"Əhmədli" metrosu-"Xətai" metrosu. Əvvəlki 2 saylı marşrut xətti ləğv olunub.

Qeyd edək ki, 21 nömrəli marşrut saat 06:00-dan 24:00-a kimi sərnişinlərə xidmət edir.

Bu istiqamət üzrə 12 avtobus hərəkət edir.

Son xəbərlər

Orphus sistemi