Bakıda avtobus marşrutlarının dislokasiyasında dəyişikliklər olacaq

Bakıda avtobus marşrutlarının dislokasiyasında dəyişikliklər olacaq Bu, Avropa Oyunları ərzində nəqliyyatın maneəsiz hərəkətinin təşkili məqsədilə həyata keçiriləcək
İnfrastruktur
8 Aprel , 2015 14:03
Bakıda avtobus marşrutlarının dislokasiyasında dəyişikliklər olacaq

Bakı. 8 aprel. REPORT.AZ/ İyun ayında Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar yarancaq nəqliyyat sıxlığını ardan qaldırmaq üçün Bakı şəhərində beynəlxalq oyunlar keçiriləcək yerlərdə sərnişin avtobusları marşrutlarının dislokasiyasında dəyişikliklər olacaq. Bunu "Report"a Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib.

Ə.Cəfərov qeyd edib ki, Olimpiya stadionuna gedən avtomobil yolunda marşrutların maneəsiz hərəkətinin təşkili məqsədilə dayancaqların köçürülməsi baş verməyəcək.

Onun sözlərinə görə, nəqliyyatın sıxlığı yaranacaq yerlər tənzimlənəcək: "Nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması tədbirlər planına uyğun olaraq reallaşdırılacaq. Bütün bunlar günün tələbatından asılı olacaq. Beynəlxalq oyunlar keçiriləcək yerlərdə marşrutun dislokasiyasında dəyişikliklər olacaq".

Qeyd edək ki, nəqliyyatın hərəkətinin asanlaşdırılması üçün ehtimal edilən versiyalardan biri Nizami rayonu, "Koroğlu" metro stansiyası ərazisində yerləşən avtobus dayanacaqlarının Bakıxanov qəsəbəsi, "Qara Qarayev" metro stansiyası ətrafına köçürülməsidir.

Son xəbərlər

Orphus sistemi