"Azəryolservis" nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı tədbirlər barədə məlumat verib

"Azəryolservis" nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı tədbirlər barədə məlumat verib Ötən il qurum tərəfindən 1 739 ədəd yol nişanları qoyulub
İnfrastruktur
9 Fevral , 2016 17:48
Azəryolservis nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı tədbirlər barədə məlumat verib

Bakı. 9 fevral. REPORT.AZ/ Günün istənilən vaxtı tıxac yaranan Heydər Əliyev prospekti ilə Babək prospektinin kəsişməsində (“Ramstore” yol qovşağında), əsas yol İnşaatçılar prospekti ilə Nəriman Nərimanov və Naxçivani küçələrinin kəsişməsində (“Statistika” dairəsində), Həsən bəy Zərdabi küçəsi ilə Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində (“Qələbə" k/t qarşısındakı dairədə) və 20 Yanvar dairəsində aparılan yenidənqurma işləri bu ərazilərdə nəqliyyat axınına müsbət təsir edib və nəticədə sözügedən qovşaqlarda tıxac problemi xeyli azalıb. Bu barədə "Report"a "Azəryolservis" ASC-dən daxil olan məlumatda deyilir. 

Heydər Əliyev Mərkəzi qarşısında yan yoldan əsas yola keçidin xeyli genişləndirilməsi (bir hərəkət zolağı enində), eləcə də Heydər Əliyev prospektində "Koroğlu" metro stansiyası istiqamətində əsas yoldan yan yola 2 yerdə yeni çıxışların açılması da şəhər əhalisi tərəfindən müsbət qarşılanıb.

Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsində əsas dairəyə çatmamış geriyə dönmə üçün yeni yolun tikintisi bu ərazidə nəqliyyat sıxlığının azalmasına imkan yaradıb.

“Azəryolservis” tərəfindən 2015-ci il ərzində 1 739 ədəd yol nişanları, 11 903 ədəd siqnal dirəkləri, 58 ədəd məlumatverici lövhə, 33 844 paqonmetr isə əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 1 050,6 min kv. metr yolların xətlənməsi işləri yerinə yetirilib.

Son xəbərlər

Orphus sistemi