Azərbaycanın nəqliyyat sektorunda sərnişindaşıma 4% artıb

Azərbaycanın nəqliyyat sektorunda sərnişindaşıma 4% artıb Bu ilin birinci yarısında ölkədə yükdaşınma 1,5% artıb
İnfrastruktur
16 İyul , 2015 13:55
Azərbaycanın nəqliyyat sektorunda sərnişindaşıma 4% artıb

Bakı. 16 iyul. REPORT.AZ/ Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən bu ilin yanvar-iyun aylarında 109,6 mln. ton yük və 900,2 mln. nəfər sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "Report"a bildirilib ki, 2014-cü ilin eyni dövrünə nisbətən yükdaşınması 1,5%, sərnişin daşınması 3,8% artıb. 

Yük daşınması hava nəqliyyatı ilə 11,5%, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 3,8%, metro ilə 3,7%, hava nəqliyyatı ilə 1,8% artıb.

Son xəbərlər

Orphus sistemi