Azərbaycandakı daşınmaz əmlakın elektron bazasının yaradılması işi 3-4 ilə tam yekunlaşacaq

Azərbaycandakı daşınmaz əmlakın elektron bazasının yaradılması işi 3-4 ilə tam yekunlaşacaq Artıq 53 şəhər və rayon üzrə sadələşdirilmiş elektron kadastr məlumat bazasının yaradılması işləri yekunlaşdırılıb
İnfrastruktur
4 Fevral , 2015 11:54
Azərbaycandakı daşınmaz əmlakın elektron bazasının yaradılması işi 3-4 ilə tam yekunlaşacaq

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycanın 53 şəhər və rayonları üzrə sadələşdirilmiş elektron kadastr məlumat bazasının yaradılması işləri yekunlaşdırılıb"Report"un məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsində bu gün "Azərbaycanda daşınmaz əmlakın kadastrı və ünvan reyestri sistemləri: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən ictimai təqdimatda Komitənin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırılması Mərkəzinin direktoru Ramiz Quliyev deyib.

R.Quliyevin sözlərinə görə, Bakı şəhərinin 7 rayonunda kadastr işləri artıq yekunlaşıb. Hazırda Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması işləri aparılır. Almaniyadan olan mütəxəssislərin iştirakı ilə "Kadastr və daşınmaz əmlakın qeydiyyatı Layihəsi" həyata keçirilir. Mərkəzin direktoru bildirib ki, layihə çərçivəsində Gəncə şəhəri və Şəki rayonunun bütün ərazisini əhatə edən elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələrinin yaradılması işi icra olunur. Gələn ilin birinci yarımilliyində bu işin yekunlaşdırılması nəzərdə tutulur. Beləliklə, 2015-ci ilin sonuna ölkənin kadastr tarixində ilk dəfə olaraq, Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazasına nail olunacaq. Yaxın 3-4 il ərzində Azərbaycanın bütün ərazisindəki daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması işinin yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, tədbir Əmlak Məsələləri Dövlət Komitəsinin Aparatı və tabeli qurumların, aidiyyəti nazirlik, komitə, idarə və təşkilatların, yerli icra hakimiyyətləri, bələdiyyələr, Almaniyanın KfW Bankı və GIZ təşkilatı, ictimai birliklər və daşınmaz əmlakla bağlı QHT nümayəndələrinin iştirakı ilə keçirilib.

Son xəbərlər

Orphus sistemi